1948-ci ildən rayonun digər təşkilatları ilə yanaşı Daşkəsən Rayon Maarif Şöbəsi yaradılmışdır. Ötən dövrdən hal-hazıra kimi rayonda təhsil sahəsi inkişaf etmiş, ümumtəhsil məktəblərinin sayı 43-ə catmışdır. 2015-2016-cı dərs ilində rayonun məktəblərində 391 sinif komplektində 3257 şagird təhsilə cəlb edilmiş və onların təlim-tərbiyəsi ilə 571 müəllim məşğul olur. RTŞ-nin tabeliyində 4 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.