07.10.2021

“Zəfər yolu” mövzusunda inşa yazı müsabiqəsi

Oktyabrın 7-də Daşkəsən rayon İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə “Zəfər yolu” mövzusunda inşa yazı müsabiqəsi keçirlib.

Müsabiqə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçirilib.

İnşa müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd ölkənin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin təşviqinin aparılması, Azərbaycan Ordusunun tarixi qələbəsi barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, habelə Zəfər Gününün ölkənin təhsil müəssisələrində yüksək səviyyədə qeyd olunmasını təmin etməkdən ibarətdir.

 

 


Açar sözlər: ,