17.09.2021

Sentyabrın 17-də Şəmkir rayonunda təhsil işçilərinin sentyabr konfransları keçirilib

Şəmkir Heydər Əliyev Mərkəzində keçirilən Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayon təhsil işçilərinin sentyabr konfransında Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev, Təhsil İnstitutunun nümayəndəsi Könül Nəhmətova, sözügedən rayonların təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş nitqi ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı Rəşad Tağıyev konfransın işinə uğurlar arzulayıb və təhsilin inkişafı ilə bağlı tövsiyələrini bildirib.

             Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib.

Təhsil İnstitutun nümayəndəsi Könül Nəhmətova “Müəlim peşəkarlığının davamlı şəkildə dəstəklənməsi” mövzusunda çıxış edib.

Konfrans müzakirələrlə davam etdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.

 


Açar sözlər: