31.08.2021

Apellyasiya müraciətləri üçün qeydiyyat başa çatıb

Avqustun 30-da müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə uğur qazanmayan namizədlərin apellyasiya müraciətlərinin qəbulu başa çatıb. Apellyasiyada iştirak etmək üçün 365 nəfər müraciət edib. Növbəti mərhələdə müraciət etmiş şəxslər üçün onlayn formatda apellyasiya müsahibələrinin təşkil edilməsi nəzərdə tutulub.

Müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə keçirilən müsahibələr onlayn formatda təşkil olunacaq. Müsahibə mərhələsində iştirak edəcək şəxslərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat göndəriləcək.

Müsahibə linki namizədlərin şəxsi səhifələrində qeyd olunan tarixdən bir gün əvvəl elektron poçt ünvanlarına göndəriləcək.

Namizədlərin müsahibəyə qoşulmaq üçün şəxsi səhifələrinə yerləşdirilmiş videotəlimatla tanış olmağı tövsiyə olunur.

Müsahibə iştirakçılarına uğurlar arzulayırıq!


Açar sözlər: