01.06.2021

Zəfər müjdəli, qələbə qoxulu müəllim ömrü” mövzusunda inşa yazı və “Ən yaxşı şeir ifaçısı” onlayn bədii qiraət müsabiqələrinin qalibləri  

Mayın 29-da şəhid müəllim Vidadi İsrafilovun əziz xatirəsinə həsr olunmuş ​ “Zəfər müjdəli, qələbə qoxulu müəllim ömrü” mövzusunda inşa yazı və “Ən yaxşı şeir ifaçısı” onlayn bədii qiraət müsabiqələrinin qaliblərinin Hərbi Qənimətlər Parkına ekskursiyası təşkil olunub.

Daşkəsən Rayon Təhsil Şöbəsinin rəhbərliyinin təşkilatçılığı ilə həyata keçirilən ekskursiya ilk öncə Şəhidlər Xiyabanında Vidadi İsrafilovun məzarının ziyarət olunması ilə başlayıb. Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri  Z.Məmmədov şəhidin məzarı başında şagirdlərə Vidadi İsrafilovun igidliyi, şücaəti, qəhrəmanlığı və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusunun qələbəsi barədə ətraflı məlumat verib. Şagirdlər tərəfindən şəhidlərimizə həsr olunmuş  şeirlər səsləndirilib.

Rayon Təhsil Şöbəsinin əməkdaşalrının rəhbərliyi  ilə şagirdlər Hərbi Qənimətlər Parkına ekskursiyaya yola salınıbdırlar.


Açar sözlər: ,