02.04.2021

“Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib            

Ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-cü ildönümü ilə əlaqədar ümumtəhsil məktəb şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

Qeyd edək ki, məktəblinin təqdimatı fərdi şəkildə dinlənilib. Rayon turunun qalibi Daşkəsən rayon S. Vurğun adına 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Tağızadə Aysun respublika turunda iştirak etmək hüququ qazanıb.

“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər Heydər Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat  verməsi əsas amillərdən hesab olunur.


Açar sözlər: ,