19.03.2021

Məktəblimiz Fənn olimpiadasının final mərhələsində

Respublika fənn olimpiadalarının yarımfinal turunun nəticələri açıqlanıb.

A.Mürsəlovadına 2 nömrəli tam orta məktəbin şagirdi Məmmədov Məmməd Azərbaycan dili fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsinə vəsiqə qazanıb.

Olimpiadaların təşkil edilməsi istedadlı uşaqların aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.


Açar sözlər: ,  ,