15.03.2021

“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçiriləcək  

Dövlət xadimi və siyasətçi Heydər Əliyevin anadan olmasının 98-cı il dönümünə həsr olunmuş  “Ən yaxşı təqdimat” müsabiqəsinin rayon turu keçiriləcək.

Müsabiqədə rayon ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak edəcəklər.

“Ən yaxşı təqdimat” müsabiqəsinin seçim turunda təqdimatçıların sərbəstliyi, nitqinin səlisliyi, ardıcıllıq, təqdimatın maraqlı formada olması, Ulu öndər H. Əliyevin geniş miqyaslı fəaliyyəti barədə dolğun məlumat verməsi əsas amillərdən hesab olunur.

Qeyd edək ki, müsabiqənin qalibi aprel ayında Bakıda keçiriləcək ölkə mərhələsində iştirak edəcək.

 

 


Açar sözlər: ,