10.03.2021

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib

Martın 10-da Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Olimpiadaların yarımfinal turu mövcud pandemiya qaydalarına uyğun olaraq təşkil edilib.

ŞagirdlərAzərbaycan dilivəədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya üzrə öz biliklərini yoxlayıblar.

Olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Qeyd edək ki, Gəncə şəhərindəki mərkəzdə keçirilən yarımfinal turunda Daşkəsən rayon məktəblərindən 5 şagird yarımfinalda iştirak edib.


Açar sözlər: ,  ,