10.03.2021

"Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqəsi keçirilib

Daşkəsən rayon İ. Nəsimi adına 1 nömrəli tam orta məktəbdə "Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər" adlı inşa və rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində  əsas məqsəd Azərbaycanın ədəbi irsinin gənc nəslə ötürülməsi, onların kiçik yaşlardan mütaliəyə cəlbi və istedadlarının aşkara çıxarılmasıdır.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan edilib. Nizami Gəncəvinin 880 illik yubileyi hazırlanmış tədbirlər planına əsasən Ölkə səviyyəsində qeyd olunur.

                                                           

.


Açar sözlər: ,