05.03.2021

“Azərbaycan dili müəllimlərinin təkmilləşdirilməsi və şagirdlərinin nəticələrinin izlənilməsi” layihəsi yekunlaşıb

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IV qrant müsabiqənin fərdi kateqoriya üzrə qalib layihələrdən biri də “Azərbaycan dili müəllimlərinin təkmilləşdirilməsi və şagirdlərinin nəticələrinin izlənilməsi”dir. Layihə rəhbəri Səbinə Qədirova layihənin icra planına uyğun olaraq  4 ay müddətində Daşkəsən rayonunda fəaliyyət göstərən 30 nəfər Azərbaycan dili müəlliminə “Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanması” mövzusunda proqrama əsasən 18 günlük təlimlər keçirilmişdir. Proqrama “Açıq suallar”, “Tapşırıqların çətinlik dərəcəsinə görə səviyyələri”, “Oxu məzmun xətti üzrə qiymətləndirmə vasitələri”, “Oxu bacarıqları”, “Oxu məzmun xətti üzrə fəaliyyətlərin qiymətləndirmə meyarlarının tərtibi”. ”Yazı işlərinin qiymətləndirilməsi meyarları” və s. kimi mövzular daxildir.

O cümlədən Daşkəsən rayonunda təhsil alan VIII və IX sinif şagirdləri üçün onların açıq sualları cavablandırmaq bacarıqlarını inkişaf etdirmək məqsədilə seminar və vebinarlar təşkil edilmişdir. Şagirdlər oxuyub-anlama və yazı bacarıqlarını formalaşdıracaq səmərəli üsullarla tanış edilmişdirlər, həmçinin şagirdlərin çətinlikləri müzakirə olunmuş, sualları cavablandırılmışdır.

6 günlük təlimlər və müzakirəli görüşlər təşkil olunmuşdur. Təlimdən əvvəl və təlimin sonunda şagirdlər Microsoft Teams platforması üzərində buraxılış imtahanlarına uyğun olaraq Azərbaycan dili, Riyaziyyat və Xarici dil (ingilis dili, rus dili) fənləri üzrə sınaq imtahanlarında da iştirak etmişdilər.

 Layihənin məqsədi Azərbaycan dili fənnini tədris edən müəllimlər arasında müasir qiymətləndirmə vasitələrinin təkmilləşdirilməsi, oxuyub anlama strategiyasının artırılması, tədris zamanı şagirdlərə düzgün tətbiq edilməsi və sınaq imtahanlarını keçirməkdə şagirdlərin imtahana hazırlıqlarının nəzarətdə saxlanılaraq nəticələrinin yüksəldilməsidir.

“Azərbaycan dili müəllimlərinin təkmilləşdirilməsi və şagirdlərin nəticələrinin izlənilməsi” layihəsi 30 Azərbaycan dili müəlliminin açıq tipli suallarla işləmə bacarıqların daha da təkmilləşdirilməsinə, buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə göstərməsi üçün əsas hansı iş forması və üsulları ilə işləmə bacarıqlarına diqqət edilməsinə, tədris metodlarının daha da təkmilləşdirilməsinə şərait yaratdı.

Daşkəsən rayonunda VIII və IX siniflərdə təhsilalan 150 şagirdin çətinlik çəkdikləri mövzular üzrə təlimçi ilə birlikdə işlədikləri açıq tipli sualların müzakirəsi, metodlar üzrə işin təşkili şagirdlərdə bacarıqların daha da artırılmasına və çətinliklərin aradan qalxmasına kömək etdi.

İki dəfə iştirak etdikləri sınaq imtahanı şagirdlərdə imtahandan öncəki həyəcanı azaldaraq, suallarla dügün işləmək, vaxtı düzgün bölmək, nəticələrinin imtahana qədər yüksəldilmələri üçün çətinlik çəkdikləri mövzuları daha dərindən mənimsəmələrinə hədəflənmişdir.

Əlavə olaraq qeyd edək ki, layihə daxilində keçirilmiş sınaq imtahanlarında Respublikanın müxtəlif bölgələrində təhsil alan 500-ə yaxın şagirddə iştirak edərək öz bilik və bacarıqlarını sınamışdır.


Açar sözlər: ,