11.02.2021

Coğrafiya, informatika, biologiya və fizika fənləri üzrə olimpiada keçirilib  

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib. 

Daşkəsən  rayonu üzrə olimpiada bir mərkəzdə - 1 nömrəli tam orta məktəbdə keçirilib.

Saat 10:00-da başlayan imtahanda coğrafiya fənni üzrə 14, biologiya fənni üzrə 5, fizika fənni üzrə 1 şagird biliyini sınayıb.

Qeyd edək ki, 12 fevral 2021-ci il tarixində  tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 


Açar sözlər: ,