11.02.2021

Riyaziyyat və kimya fənləri üzrə olimpiada keçirilib

Fevralın 10-da 2020-2021-ci tədris ili üçün riyaziyyat və kimya fənləri üzrə Respublika fənn olimpiadalarına start verilib. 

Daşkəsən  rayonu üzrə olimpiada bir mərkəzdə - 1 nömrəli tam orta məktəbdə keçirilib.

Saat 10:00-da başlayan imtahanda riyaziyyat fənni üzrə 33, kimya fənni üzrə 6 şagird biliyini sınayıb. Riyaziyyat fənni üzrə biliyini sınayan iştirakçılara 150, kimya fənni üzrə biliyini sınayan iştitakçılara isə 90 dəqiqə vaxt ayrılıb.

Qeyd edək ki, 11 fevral 2021-ci il tarixində fizika, coğrafiya, biologiya və informatika fənləri üzrə, 12 fevral 2021-ci il tarixində isə tarix, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə olimpiadalar təşkil ediləcək.

Olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 


Açar sözlər: ,