11.09.2020

Birinci siniflərə qeydiyyat davam edir

Birinci siniflərə qeydiyyat davam edir. Sentyabr ayının 11-nə qədər 305 şagird qeydiyyatdan keçib. Onların 18-i rus bölməsinin şagirdləridir. 2020-2021-ci tədris ilində Daşkəsən rayon ümumi təhsil müəssisələrində 319 nəfər birinci sinif şagirdinin  təhsil alacağı planlaşdırılır. Qeydiyyat prosesi elektron qaydada sentyabrın 14-nə kimi davam edəcək. 

Qeyd edək ki, Daşkəsən rayon ümumi təhsil müəssisələrində ümumilikdə 3117 şagirdin təhsilə cəlb olunması müəyyənləşdirilmişdir.

 


Açar sözlər: ,