10.09.2020

Şagirdlərin dərsliklərlə təminatı mərhələli şəkildə icra edilir   

Daşkəsən Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təhsil alan şagirdlərə 2020-2021-ci tədris ili üçün nəzərdə tutulmuş dərsliklər paylanılıb. Dərsliklərin şagirdlərə paylanılması sentyabrın 15-dək davam edəcək.

Şagirdlərdən və onların valideynlərindən qeyd edilən müddətə qədər müvafiq dövlət ümumi təhsil məktəbinə müraciət edərək dərslikləri əldə etmələri xahiş olunur. Bu, tədris ili başlananadək şagirdlərin bütün dərsliklərlə təmin edilməsinə və məzmunla tanış olmalarına imkan verəcək. Hansısa səbəbdən dərsliklərlə təminatda çətinlik yaranarsa, bu barədə məktəb rəhbərliyinə məlumat verilməlidir.

Şagird və valideynlərin nəzərinə o da çatdırılır ki, mövcud qaydalara görə dərsliklərdən istifadə müddəti dörd ildir və yalnız istifadə müddətini başa vurmuş dərsliklər yeniləri ilə əvəz olunur.

Qeyd edək ki, yerlərdə şagirdlərin dərslik təminatı prosesinin bütün təhlükəsizlik və sanitar-epidemioloji normalara, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl edilməklə həyata keçirilməsinə, prosesdə iştirak edən hər iki tərəfin yüksək məsuliyyət nümayiş etdirməsinə dair müvafiq tapşırıqlar verilib.

 


Açar sözlər: ,