08.09.2020

9 müəllimimiz Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn müsahibələrdən uğurla keçib

Daşkəsən  rayonunun ümumtəhsil məktəblərində müddətli müqavilə ilə işləyən 9 müəllim onlarla müddətsiz əmək müqaviləsinin bağlanması məqsədilə Təhsil Nazirliyi tərəfindən keçirilən onlayn müsahibələrdən uğurla keçib.

Müsahibələr mayın 20-də yekunlaşıb. Müsabiqədə mindən çox namizəd iştirak edib.

Müsahibələr nəticəsində Bayan  kənd ümumi orta məktəbinin coğrafiya müəllimi Leyla Çobanova 53 balla, Əmirvar kənd H. Qasımov adına tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat  müəllimi Şənay Mehdiyeva 51 balla, Gurbulaq kənd ümumi orta məktəbin İngilis dili müəllimi Sevda Məmmədzadə 38 balla, Alaxançallı kənd tam orta məktəbinin  Azərbaycan dili və ədəbiyat müəllimi Bayram Allahverdiyev 46 balla, Azərbaycan dili və ədəbiyat müəllimi Günel Hüseynli 47 balla, Dəstəfur kənd tam orta məktəbinin coğrafiya müəllimi Ləman Əliyeva 48 balla, Riyaziyyat müəllimi Tünzalə Rəhimova 44 balla, Muşavaq kənd H. Məmmədov adına ümumi orta  məktəbinin riyaziyyat müəllimi Lalə Telmanlı  39 balla, öz iş yerlərinə daimiləşiblər.

 


Açar sözlər: ,