1948-ci  ildən  rayonun  digər  təşkilatları  ilə  yanaşı  Daşkəsən  Rayon  Maarif  Şöbəsi  yaradılmışdır.  Ötən  dövrdən  hal-hazıra  kimi  rayonda  təhsil  sahəsi  inkişaf  etmiş,  ümumtəhsil  məktəblərinin  sayı  43-ə   catmışdır.  2015-2016-cı  dərs  ilində  rayonun  məktəblərində  391  sinif  komplektində  3257  şagird  təhsilə  cəlb  edilmiş və  onların  təlim-tərbiyəsi  ilə  571  müəllim  məşğul  olur.  RTŞ-nin  tabeliyində  4  məktəbdənkənar  müəssisə  fəaliyyət  göstərir.