Rizvan  Qiyas  oğlu  Ələsgərov  

 

     1976-cı  ildə  Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbəsində anadan olub. İlk orta təhsilini Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə tam orta məktəbdə alıb. 

     1993-cü  ildə  N.Tusi  adına  Azərbaycan  Dövlət  Pedaqoji  Univesitetin pedaqogika fakültəsinə qəbul olub, 1997-ci ildə həmin fakültəni bitirmişdir.

     1997-ci ildə təyinatla Daşkəsən rayon Zinzahal kənd tam orta məktəbə müəllim təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə ozünü fəal içtimaiyyətçi kimi göstərmiş, Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə yerli özünüidarəetmə orqanının üzvü secilmişdir.

     2000-ci ildən pedaqoji fəaliyyətini Aşağı Daşkəsən qəsəbə tam orta məktəbində davam etdirmişdir. 2009-cu ildə Azərbaycan Respublikasının  Prezidenti yanında Dövlət Qulluğu Məsələləri uzrə Komissiyanın "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vastəsilə qəbul Qaydaları"na uyğun olaraq təşkil etdiyi müsabiqədə iştirak edərək Daşkəsən rayon Təhsil Şöbəsinin müdir  müavini  vəzifəsinə  uyğun  hesab  edilmişdir.15.09.2009-cu il tarixdən Azərbaycan Respublikasının Təhsil Nazirinin əmrilə Daşkəsən rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləyir.

     1999-cu  ildən  Yeni  Azərbaycan  Partiyasının  üzvüdür. Ailəlidir.  3 övladı  var.