27.02.2020

Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Daşkəsən rayon ümumtəhsil məktəbləri və məktəbdənkənar müəssisələrdə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ədəbi-bədii kompozisiyalar, inşa və rəsm müsabiqələri, dəyirmi masalar, divar qəzetlərinin dərci, açıq dərslər, şəhid məzarlarının ziyarəti və s. formatlarda təşkil olunan tədbirlərdə Xocalı faciəsi haqqında ətraflı məlumat verilərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğu bildirilib.

Şagirdlər Vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını şeirlər,  ədəbi-bədii kompozisiyalar vasitəsilə nümayiş etdiriblər.

 


Açar sözlər: ,  ,