24.02.2020

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Daşkəsən rayon İmadəddin Nəsimi adına 1 saylı  tam orta məktəbdə Xocalı soyqırımının28-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru, müəllim və şagird kollektivi  iştirak edib.

Tədirin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub.

Tədbirdə şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirib, səhnəciklərlə çıxış ediblər.

 


Açar sözlər: