24.02.2020

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

 

Fevralın 23-də fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 18 mərkəzdə təşkil edilib.

Yarımfinal turunda Daşkəsən rayon ümumtəhsil məktəblərindən 9 şagird iştirak edib.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Qeyd edək ki, Respublika fənn olimpiadasının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33 mindən çox şagirdin iştirakı ilə keçirilib.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

 


Açar sözlər: ,