21.02.2020

"Ana dilimizi sevək və qoruyaq"

 Fevralın 21-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə  Beynəlxalq Ana dili Gününə həsr olunmuş "Ana dilimizi sevək və qoruyaq" adlı tədbir keçirilib.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Tədbirdə məktəbin direktoru, direktor müavini, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sevil Ələsgərova  bildirib ki, 21 fevral tarixi YUNESKO tərəfindən 1999-cu ildə Beynəlxalq Ana Dili Günü elan edilib. Həmin gün dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin və linqvistik müxtəlifliyin qorunması, ana dilinə əsaslanan çoxdilli təhsilin təşviqi məqsədi ilə hər il beynəlxalq səviyyədə qeyd olunur.

Tədbirdə şagirdlər Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən, böyük varlığından, dahiləri yaradan bir xalqın dili olduğundan məlumat verərək, dilimizə, vətənə, müəllimə aid müxtəlif şeirlər, mahnılar, afarizmlər söyləyiblər.

 


Açar sözlər: