17.02.2020

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçirilib

"Ədəbiyyat biliciləri" müsabiqəsinin rayon mərhələsi keçiriləcək. Müsabiqədə rayonun ümumi təhsil məktəblərinin VIII-XI siniflərində 26 nəfər şagird iştirak edib.

Şagirdlər 3 saat ərzində onlara təqdim olunmuş 10 sualı yazılı şəkildə cavablandırıblar.

Rayon mərhələsinin qalibi seçilmiş şəxslər respublika turuna vəsiqə qazanacaqlar.

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdən ibarətdir.

 


Açar sözlər: ,