15.01.2020

20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib

Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

              Tədbirin keçirilməsində əsas məqsəd bu qanlı faciədə həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etmək olub.

Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Şagirdlər 20 Yanvar faciəsinin 30-cu ildönümünə aid kompozisiya, səhnəcik, məruzə və şeirlərlə çıxış ediblər.


Açar sözlər: ,