14.01.2020

"Biz sizi unutmadıq" mövzusunda açıq dərs keçirilib

Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə tarix müəllimi Sürəyya Məmmədova tərəfindən 8a sinfində  20 Yanvar faciəsinə həsr edilmiş "Biz sizi unutmadıq" mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə şagirdlər 20 Yanvar faciəsinin 30 - cu ildönümünə aid kompozisiya, səhnəcik, məruzə və şeirlərlə çıxış ediblər.

Fənn müəllimi tərəfindən mövzu ətrafında şagirdlərə geniş məlumat verilib.

 


Açar sözlər: ,