13.01.2020

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Yanvarın 12-də ölkənin bütün şəhər və rayonlarında olduğu kimi  rayonunda da 2019-2020-ci dərs ili üçün məktəblilərin Respublika fənn olimpiadalarının birinci―Daşkəsən rayon mərhələsi keçirilib.

Bilik yarışında rayon ümumtəhsil məktəblərinin 9, 10, 11-ci sinif şagirdlərindən 184 nəfər iştirak edib.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilir.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə 3 saat ərzində cavablandırmaları üçün fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Şabran rayonu üzrə olimpiada şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib. Saat 10:00-dan başlanan bilik yarışı 13:00-da başa  çatıb.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.