08.01.2020

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçiriləcək

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçiriləcək.

Olimpiada riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri olmaqla 8 fənn üzrə keçiriləcək.

Bu mərhələdə Daşkəsən  rayonu üzrə 171  nəfər şagirdin  iştirak edəcəyi nəzərdə tutulub. Bu məqsədlə Rayon Təhsil Şöbəsi tərəfindən Respublika fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydalarına əsasən yerli Təşkilat komitəsi yaradılıb. Olimpiadanın keçiriləcəyi mərkəz və oturma planları öncədən müəyyən olunub.

Qeyd edək ki, Olimpiada yanvarın 12-də  saat 10:00-da Daşkəsən  şəhər 1 nömrəli tam orta məktəbdə keçirilib.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.

 

 


Açar sözlər: ,