30.12.2019

Yeni il  münasibətilə bayram tədbiri keçirilib

Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə şəhər Təhsil İdarəsinin əməkdaşları, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Dövlət Himni ilə başlanan tədbirin keçirilməsində məqsəd şagirdlərin qeyd olunan əlamətdar günlə bağlı fikir və düşüncələrini inkişaf etdirmək, onların bədii düşüncə qabiliyyətlərini üzə çıxarmaqdır.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı maarifləndirici videoçarx nümayiş olunub. Tədbirdə şagirdlər şeirlər söyləyib,  səhnəciklər hazırlayıb, milli rəqslər və  mahnılar ifa ediblər.

 


Açar sözlər: ,