16.12.2019

IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilib

Daşkəsən rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədilə mərkəzləşmiş sınaq imtahanı keçirilib.

İmtahanda rayonun ümumtəhsil müəssisəsindən 249 şagird iştirak edib. İmtahan 1 mərkəzdə keçirilib.

 Onlar Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərinin hər birindən 30 olmaqla, ümumilikdə 90 sualı 180 dəqiqə ərzində cavablandırıblar. Sınaq imtahanı buraxılış imtahanlarının ikinci mərhələsinə uyğun formada hazırlanıb.

 


Açar sözlər: ,