03.12.2019

Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 2-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 saylı tam orta məktəbdə görkəmli ədəbiyyatşünas və tənqidçi dövlət mükafatı laureatı, əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Nailə İsmayılova Prezident İlham Əliyevin "Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında" 2019- cu il 15 aprel tarixli sərəncamının əhəmiyyətindən danışıb.

Nailə İsmayılova bildirib ki, Məmməd Cəfər Cəfərov Azərbaycan elmində görkəmli nəzəriyyəçi alim kimi qəbul edilib. Ölkəmizdə ədəbiyyatın digər sahələrinin inkişafında onun çox böyük xidmətləri olub.

Tədbirin keçirilməsində məqsəd şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi, Məmməd Cəfər Cəfərov yaradıcılığı barədə məlumat əldə etməsindən ibarətdir.

 

 


Açar sözlər: ,