25.11.2019

“Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya sona çatıb

Noyabın 18-də  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Daşkəsən rayonundan 20 nəfər IX-XI sinif şagirdi, 4 bələdçi müəllimin müşayiəti ilə Quba  şəhərinə yola düşüblər.

Məktəblilər dörd gün ərzində Quba  ilə yanaşı, Qusar və Xaçmaz rayonlarında tarixi abidələrlə, digər görməli yerlərlə yaxından tanış olublar. Tur-aksiya məktəblilərin səfər etdikləri bölgələrin müasir inkişaf səviyyəsi ilə də tanış olmalarına şərait yaradılıb.

Tur-aksiya iştirakçıları  Quba rayon Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Gənclər Mərkəzi, Cümə Məscidi, Şeyx Cüneyd məqbərəsində olublar.

Eyni zamanda məktəblilər Qusar rayon  Xalçaçılıq Muzeyi, Xaçmaz rayon Rəsm qalereyası, Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən Respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə yuxarı sinif şagirdləri üçün ildə iki dəfə təşkil edilir.

 

 

 


Açar sözlər: ,