07.11.2019

9 noyabr – Bayraq günü ilə bağlı tədbir keçirilib

Daşkəsən rayon Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam məktəbdə 9 noyabr – Bayraq günü ilə bağlı tədbirlər keçirilib.

Tədbirda Daşkəsən Rayon  Təhsil  Şöbəsinin əməkdaşları, ictimaiyyət nümayəndələri, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirin açılışı  Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Keçirilən tədbirdə Dövlət bayrağının yaranma tarixi ilə bağlı geniş məlumat verilib.

Tədbirin sonunda  məktəb şagirdləri Dövlət bayrağını dalğalandırıblar.

 


Açar sözlər: ,  ,