06.11.2019

"Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin yekun qiymətləndirmə imtahanı keçirilib

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsi əsasında keçirilmiş "Azkomplektli siniflərdə tədrisin təşkili" təliminin iştirakçı müəllimlərinin yekun qiymətləndirmə imtahanı keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilən imtahanda müəllimlər 1 saat ərzində onlara verilən 25 sualı cavablandırıblar.

Qeyd edək ki, imtahan nəticələrinə uyğun olaraq müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatları veriləcək. Sertifikatlar noyabr ayının sonuda keçiriləcək layihənin yekun seminar görüşündə müəllimlərə təqdim olunacaq.


Açar sözlər: ,