31.10.2019

Bilik yarışması keçrilib

Daşkəsən Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarısinin birgə təşkilatçılığı ilə İmadəddin Nəsiminin həyat və yaradıcıllığına həsr olunmuş onlayn bilik yarışması keçirilib. 

          Yarışın keçirilməsində əsas məqsəd İmadəddin Nəsiminin həyat və yaradıçılığının təbliği, şagirdlərin biliklərinin artırılması və asudə vaxtlarının səmərəli təşkili, şagirdlərin bilik səviyyəsini müəyyən etmək və fənlər üzrə daha geniş maraq oyatmaqdır.

Müsabiqədə VII-XI sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqənin qalibləri Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olunublar.