24.10.2019

Şahmat üzrə respublika birinciliyinin zona mərhələsi keçirilir  

Oktyabrın 23-dən Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyinin zona mərhələsi keçirilir.

Şahmat üzrə respublika birinciliyinin zona mərhələsində Daşkəsən rayon Uşaq Gənclər İdman Şahmat məktəbinin 13 nəfər şagirdi iştirak edir.

İştirakçıların qruplar üzrə sayından asılı olaraq yarışlar dairəvi və isveçrə sistemi ilə 7 turdan ibarət olaraq keçirilir.

Yarışlarda 13 şəhər və rayonun 6 yaş qrupları üzrə (6,8,10,12,14 və 16 yaş) 141 məktəblisi (61 qız) iştirak edir.

İlk 3 yerin sahiblərinə "Təhsil" RİM-nin diplomları təqdim ediləcək. İlk 2 yeri tutan şahmatçılar isə dekabr ayında keçiriləcək birnciliyin final mərhələsinə vəsiqə qazanacaqlar

Qeyd edək ki, oktyabrın 23-də start götürmüş yarışlara  30-dək yekun vurulacaq.