21.10.2019

“Narkomaniyaya “yox” deyək!” adlı tədbir keçirilib

 

Daşkəsən şəhər Anar Mürsəlov adına 1 nömrəli tam orta məktəbdə “Narkomaniyaya “yox” deyək!” adlı tədbir keçirilib.

Tədbirdə Daşkəsən Rayon  Polis İdarəsinin rəisi polis polkovniki Ayaz Ağayev, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şəhər İcra Hakimiyyəti, Daşkəsən Rayon Təhsil Şöbəsinin rəhbərliyi, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdən ibarətdir.

Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.

Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.

Sonda “Narkomaniyaya “yox” deyək!” adlı video çarx nümayiş olunur. Tədbir məktəblilərin sual-cavabları ilə sona çatır.

 


Açar sözlər: ,  ,