09.10.2019

“Fövqəladə hallar uşaqların gözü ilə” rəsm müsabiqəsi keçiriləcək

 

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 2010-cu il 18 noyabr tarixli 123 nömrəli əmri ilə təsdiq edilmiş “Fövqəladə hallar uşaqların gözü ilə”  uşaq yaradıcılıq müsabiqəsi haqqında Əsanamənin 1.4 bəndinə, 26 sentyabr 2019-cu il tarixli 070 nömrəli əmrinə uyğun olaraq Respublika üzrə “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsaqbiqəsi keçiriləcəkdir.

Müsabiqə Ağstafa, Qazax, Daşksəsn, Gədəbəy, Göygöl, Samux, Tovuz, Şəmkir və Kəlbəcər rayon ümumi təhsil müəssisələrinin I-XI sinif şagirdləri (lisey, gimnaziya və s. daxil olmaqla) arasında rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyaları üzrə keçiriləcəkdir.

Müsabiqənin Respublika mərhələsinə işlər Gəncə Regional Mərkəzi ilə birgə yaradılmış münsiflər heyəti tərəfindən seçiləcək.

 


Açar sözlər: ,