30.09.2019

Tarix müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub

Daşkəsən rayon ümumtəhsil məktəblərinin müəllimləri ixtisasartırma təlimlərinə cəlb olunublar.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən tarix müəllimləri üçün təşkil olunmuş təlimlərdə  38 müəllim iştirak edir.

Təlimlər təhsil nazirinin müvafiq əmrinə əsasən müəllimlərin ixtisasları üzrə intellektual və peşə hazılığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə təşkil olunub və 20 gün davam edəcək.

Qeyd edək ki, 2019-cu il ərzində riyaziyyat, kimya, biologiya, coğrafiya və fizika fənnindən dərs deyən  müəllimlər üçün də ixtisasartırma təlimlərinin təşkili nəzərdə tutulub.

 

 


Açar sözlər: ,