23.09.2019

"Əlaçı” televiziya layihəsinin seçim mərhələsi keçirilib

Sentyabrın 21-də Gəncə  şəhər 44  nömrəli tam orta məktəbdə “Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib.

Seçim turunda rayon ümumi təhsil məktəblərindən 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdləri müsabiqəyə qoşulub.

Çəkilişdə iştirak etmək üçün Azərbaycanın bütün regionlarını əhatə edən ümumtəhsil məktəblərindən ən yaxşı biliklərə malik olan şagirdlər seçilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd “Əlaçı” televiziya layihəsinin 8-ci mövsümünün televiziya çəkilişləri üçün şagirdlərin seçilməsi olub.

 

 


Açar sözlər: ,