16.09.2019

Rayon ümumi təhsil məktəblərində 3060  şagird təhsil alacaq

2019-2020-ci tədris ilində  Daşkəsən rayon ümumi təhsil müəssisələrində ümumilikdə 3060  şagird təhsil alacaq.

Şagirdlərdən 1511-i qız, 1549-u isə oğlandır. Rayon ümumtəhsil məktəblərinin I sinfində 310, IX sinfində 268, XI sinfində isə 203 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Hazırda rayonda 2 ibtidai məktəb, 26  tam orta məktəb, 14 ümumi orta məktəb, ümumilikdə 42 məktəb fəaliyyət göstərir.

Yeni tədris ilində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 4 məktəb binası şagirdlərin istifadəsinə verilib. 

                2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 121 adda 7535 nüsxə dərslik və metodik vəsait çap edilib.

2019-2020-ci tədris ilində  380 uşağın rayon ümumtəhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alacağı proqnozlaşdırılır.

Yeni tədris ilində ibtidai siniflərdə ilk dərs məşğələsi “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 

 


Açar sözlər: ,  ,