16.09.2019

“Bilik günü” qeyd olunub

Rayon ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.

Tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Daşkəsən Rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər, şagirdlər, müharibə iştirakçıları və əmək veteranları iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.

“Bilik günü”ndə iştirak edən Daşkəsən Rayon TəhsilŞöbəsinin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.

Bildirilib ki, ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır.

Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.

Qeyd edək ki, yeni tədris ilində Daşkəsən Rayon Təhsil Şöbəsinin-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 3060 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 268,  XI sinfində 203 şagird təhsil alacaq.

 


Açar sözlər: ,  ,