10.09.2019

III Qrant müsabiqəsinin qalibi "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin təlimlərinə başlanılıb

Sentyabrın 9-da Daşkəsən Rayon İ.Nəsimi adına 1nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant müsabiqəsinin qalibi  "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin təlimlərinə başlanılıb.

Təlim TİPİİ-nin əməkdaşı Əlavə təhsilin məzmun standartları şöbəsinin mütəxəsisi Salatın Şamilova tərəfindən həyata keçirilir. Təlim otağı bütün təlim materialları ilə təmin olunub. Təlimdə layihədə qeyd olunduğu kimi 25 müəllim iştirak edib.

"Azkomplektli siniflərdə tədrisin təşkili" təlimi 36 saat olmaqla 6 gün müddətində davam edəcək

 Layihənin əsas məqsədi, Daşkəsən rayonunun ucqar kənd məktəblərinin komplekt siniflərində dərs tədris edən ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, 45 dəqiqə ərzində iki müxtəlif sinifdə dərsin tədrisinin düzgün bölgüsünün aparılmasının təkmilləşdirilməsi və təhsildə müsbət dəyişikliklərin əldə olunmasına nail olmaqdır.




 


Açar sözlər: ,