06.09.2019

Sentyabrın 6-da Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirələri keçirilib

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarının təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib.

Tədbirdə Təhsil nazirinin müşaviri Elnur Məmmədov, sözügedən rayonların təhsil şöbələrinin müdirləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Müşavirədə hər üç rayonun 2018-2019-cu tədris ili və yeni fəaliyyət istiqamətlərinə dair hesabat məruzəsi təqdim edilib.

Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov çıxışında bildirib ki,  xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafını təmin etmək məqsədilə dərs ili ərzində rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında fənn olimpiadaları, bilik yarışları, müsabiqələr və s. bu kimi tədbirlər keçirilib. Z. Məmmədov, həmçinin öz məruzəsində keçən tədris ilinin buraxılış və qəbul imtahanı nəticələrini şərh edib, ayrı-ayrı məktəblərin müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb.Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov çıxışında bildirib ki,  xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafını təmin etmək məqsədilə dərs ili ərzində rayonun ümumtəhsil məktəblərində oxuyan şagirdlər arasında fənn olimpiadaları, bilik yarışları, müsabiqələr və s. bu kimi tədbirlər keçirilib. Z. Məmmədov, həmçinin öz məruzəsində keçən tədris ilinin buraxılış və qəbul imtahanı nəticələrini şərh edib, ayrı-ayrı məktəblərin müvəffəqiyyət göstəricilərini diqqətə çatdırıb.

Daha sonra Təhsil nazirinin müşaviri Elnur Məmmədov çıxış edərək hesabatlara öz münasibətini bildirib, müqayisəli təhlil edib. Elnur Məmmədov 2018-2019-cu tədris ilində əldə olunan nailiyyətlər, təhsilin inkişafı istiqamətində görülən işlərdən danışıb, son illərdə müəllim peşəsinin nüfuzunun və gənc müəllimlərin sayının artdığını vurğulayıb. Nazir müşaviri təhsil sahəsindəki uğurlar və qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıran Elnur Məmmədov təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb.

Nazir müşaviri çıxışının sonunda təhsil işçilərinə tövsiyələrini verib və uğurlar arzulayıb.

Konfrans müzakirələrlə davam etdirilib, hər üç rayonun təhsil içilərini maraqlandıran suallar cavablandırılıb.   

 


Açar sözlər: ,