04.09.2019

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant layihəsinin qalibi "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin açılış tədbiri keçirilib

Daşkəsən Rayon Təhsil Şöbəsinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III Qrant layihəsinin qalibi "Komplektləşdirilmiş siniflərdə yeni tədris metodlarının təkmilləşdirilməsi" layihəsinin açılış tədbiri keçirilib.

Tədbirdə təhsil işçiləri  və ümumi təhsil müəssisələrinin ibtidai sinif  müəllimləri iştirak ediblər

 İlk öncə layihənin açılışını edən Aşağı Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəbin Coğrafiya müəllimi Səbinə Qədirova layihənin məzmunu, məqsəd və vəzifələri haqqında danışıb, layihə müddəti görüləcək fəaliyyətlər haqqında müəllimlərə ətraflı məlumatlar verib

Daha sonra Daşkəsən Rayon Təhsil şöbəsinin müdir müavini Rizvan Ələsgərov Daşkəsən rayonunun ümumtəhsil məktəblərində komplekt siniflərin çox olduğu üçün əhəmiyyətli vacib bir layihə olduğu istiqamətində çıxış edib.

Layihənin əsas məqsədi; "Daşkəsən rayonunun ucqar kənd məktəblərinin komplekt siniflərində dərs tədris edən ibtidai sinif müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, 45 dəqiqə ərzində iki müxtəlif sinifdə dərsin tədrisinin düzgün bölgüsünün aparılmasının təkmilləşdirilməsi və təhsildə müsbət dəyişikliklərin əldə olunmasına nail olmaqdır."

 


Açar sözlər: ,  ,