02.09.2019

Tələbə adını qazanmış məzunlarla görüş keçirilib  

            Daşkəsən Rayon İcra Hakimiyyətində respublikanın müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunaraq tələbə adını qazanan rayon gəncləri ilə görüş keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov, İcra Hakimiyyətinin məsul işçiləri, təhsil şöbəsinin əməkdaşları, məzunlar, müəllimlər, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbiri giriş nitqi ilə açaraq  ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında müvəffəqiyyətlə iştirak edərək tələbə adını qazanmış məzunlarımızı, onların valideynlərini və rayonumuzun bütün təhsil ictimaiyyətini səmimi qəlbdən təbrik edib.

            Daha sonra çıxış edən Daşkəsən Rayon Təhsil Şöbəsinin müdiri Zaur Məmmədov tələbə adını qazanmış məzunları təbrik edib.

 

 

 


Açar sözlər: ,