02.09.2019

Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər üçün ixtisasartırma təlimləri keçirilib

Daşkəsən rayon 1 nömrəli tam orta məktəbdə məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin ixtisasartırma təlimləri keçirilib.

Təlimlərdə Daşkəsən rayonunun ümumtəhsil məktəblərindən 30 nəfər müəllim iştirak edir.

Təlimlərin keçirilməsində əsas məqsəd uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və qabiliyyətinin üzə çıxarılması, sağlamlığının qorunması, estetik tərbiyəsi, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.