17.07.2019

Daşkəsənli müəllim respublika pedaqoji mühazirələrində fərqlənib

 Respublika pedaqoji mühazirələrinin yekunları barədə Azərbaycan Respublikası təhsil nazirinin 15 iyul 2019-cu il tarixli F-446 №li əmrinə əsasən Daşkəsən rayon Qaraqollar kənd tam orta məktəbin kimya-biologiya müəllimi Aygün Bağırova III dərəcəli diplomla təltif olunub.

Pedaqoji mühazirələrin keçirilməsində məqsəd ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübələri təbliğ etməkdir.

Qeyd edək ki, pedaqoji mühazirələrin ilin mart-aprel aylarında keçirilib.


Açar sözlər: ,