02.07.2019

Azərbaycan dili və riyaziyyat müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub

Daşkəsən  rayon ümumtəhsil məktəblərinin müəllimləri ixtisasartırma təlimlərinə cəlb olunublar.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən Azərbaycan dili müəllimləri üçün təşkil olunmuş təlimlərdə rayonun 30 ümumtəhsil məktəbindən 75 müəllim iştirak edir.

Təlimlər təhsil nazirinin müvafiq əmrinə əsasən müəllimlərin ixtisasları üzrə intellektual və peşə hazılığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məqsədilə təşkil olunub və 20 gün davam edəcək.

Qeyd edək ki, 2019-cu il ərzində riyaziyyat, kimya, biologiya, coğrafiya, fizika, tarix və məktəbəhazırlıq qruplarında dərs deyən ibtidai sinif müəllimləri üçün də ixtisasartırma təlimlərinin təşkili nəzərdə tutulub.