24.06.2019

Fənn müsabiqələrinin final mərhələsi keçirilib

Şəmkir rayon N. Gəncəvi adına tam orta məktəbdə fənn müsabiqələrinin final mərhələsi keçirilib. Daşkəsən rayon ümumi təhsil məktəblərindən bu müsabiqədə  kimya, biologiya, riyaziyyat və fizika fənləri üzrə 2 nəfər şagird iştirak edib.

Fənn müsabiqələrinin yekun nəticələrinə əsasən, yeni tədris ili üçün Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə şagird seçimi ediləcək. Həmçinin istedadlı şagirdlər üçün yaradılacaq xüsusi siniflərin kontingentinin formalaşdırılması da nəzərdə tutulur.

Məktəblilərarası fənn müsabiqələri ilk dəfə 2014-cü ildə 972 şagirdin iştirakı ilə keçirilib.

Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və  olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.

 


Açar sözlər: ,  ,