14.06.2019

Rayon ümumi təhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

İyunun 14-də respublikanın bütün ümumtəhsil məktəblərində olduğu kimi Daşkəsən rayon məktəblərində də "Son zəng" tədbirləri keçirilib.

Tədbirlərdə Daşkəsən  Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun digər idarə və təşkilatlarından qonaqlar, valideyn komitələri, ictimaiyyət nümayəndələri və məktəb məzunları da iştirak ediblər.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Daşkəsən rayon ümumtəhsil məktəblərinin IX siniflərini 283 nəfər, XI siniflərini 196 nəfər şagird bitirəcək. 2018-2019-cu tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz isə 366 nəfərdir.

 


Açar sözlər: ,